Воскресенье, 20.07.2025, 10:50
Приветствую Вас QonaQ | RSS

H.O.S.T AlliancE...


.....:::Forum:::.....
Chata

Hostchularin Mekani

Elave Yuklemeler

Главная » Файлы » H.O.S.T

feck - Bir tələbənin gündəliyi...
12.10.2009, 13:56
Bir tələbənin gündəliy

"1) Yaradan Rəbbinin adıyla oxu. 2) O, insanı qan laxtasından yaratdı. 3) Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. 4) O, qələmlə yazmağı öyrətdi. 5) İnsana bilmədiklərini öyrətdi." (Qurani Kərim, əl-Alaq surəsi, 1.-5.)



Allahın İslam dini vasitəsi ilə insanlara ilk əmri "oxu" oldu. Elmi biliklərə malik olmağın nə qədər lazımlı olduğunu dəfələrlə eşitdik, oxuduq amma məncə ən təsirlisi elə Quranın bu ayələridir. Elm öyrənən hər kəs bilərək, dərk edərək öyrənməlidir.

Mənim Ankaraya gəlməyimin səbəbi təhsil oldu. İndiyə kimi yadımdadır, ailədən, dostlardan, sevdiyin insanlardan ilk ayrılığın acısı necə olur. Vətəndən birdən-birə 2000 km uzaqda olmaq sözlərlə ifadə edə bilməyəcəyim qədər əzablı bir hissdir. Ana yeməyinin istiliyi artıq bir əl uzatma məsafəsində deyildi. Ancaq mən istədiyim universitetin tələbəsi olmağı bacarmışdım. Belə çətinliklər məni məğlub edə bilməzdi. Əksinə hərdən düşünürdüm ki, bu çətinliklər mənə həyatda çox şeyi öyrədəcək.



Ankaradakı

ilk dərs günüm



Səhər 9:30-da dərsim vardı. Dərs olacaq sinif otağına gedənə kimi yolda bəzi şeylər mənim diqqətimi çəkdi. Universitetin divarlarında fərqli siyasi hərəkatların plakatları vardı. Əllərində broşuralar paylayan qəribə tipli tələbələr vardı. Mənə uzadılan əli geri çevirmək kimi bir adətim olmadığına görə mənə uzadılan broşuranı aldım. Gedib sinifdə oturub oxuyaram düşüncəsi ilə çantama atdım. Sinifə girib salam verdim və boş yer axtaran gözlərim məni sinifin ən arxasında boş bir parta arxasına apardı. Sinifə girəndə qrup yoldaşlarımın geyimlərinin bir-birindən nə qədər fərqli olduğu gözümə çarpdı. Oturduqdan sonra mənə çatdı ki, mən "selam arkadaşlar" deyəndə tələbə yoldaşlarımdan mənə mənfi bir enerji kütləsi yönəldi. Yox, heç kim durub heç nə demədi. Bəzən nəyisə başa düşmək üçün baxışları görmək də kifayətdir. Fikirləşirdim, heç nə gəlmirdi ağlıma. Axı mən nəyi səhv elədim ki ? Türkiyəli olmadığıma görə bəlkə ləhcəm fərqli gəlib onlara və bu baxışlar mənfi deyil sadəcə marağın bir təzahürüdür. Müəllimə sinifə girdi və xarici görünüşü ilə beynimdəki bütün fikirləri yox elədi. Üzündəki qırışların sayı başındakı tük qədər olardı. Ya da əksinə. Üstəlik ağ qısa saçları və yaşıl gözləri. Geyindiyi dar cins şalvarı isə arxadan baxanda 20 yaşlı qızı xatırladırdı.

İlk baxışdan insana qiymət verməyin səhv bir düşüncə olduğunu düşünürəm. İnsana xarici görünüşünə görə hökm çıxarmaq düzgün deyil. Kimisə tanımaq üçün gərək onunla söhbət edəsən. Əgər bu imkan yoxdusa danışdıqlarına qulaq asasan. Müəllimə özünü təqdim etdi və tələbələrin də bir-bir özünü təqdim etməsini xahiş etdi. Sıra mənə çatanda Türkiyəli olmadığımı anlamışdılar. Fikir vermişdim, adından xarici ölkə vətəndaşı olduğu anlaşılan tələbələrin adı səslənəndə müəllimənin gözündə əlavə bir qayğı işığı parıldıyırdı. Düzünü desəm buna çox sevinmişdim. Sonra müəllimə universitet haqqında məlumatlar verməyə başladı. Bizim fakultənin neçə ildən bəri hansı tanınmış siyasətçiləri yetişdirdiyini sadaladı. Çox qürurlu bir şəkildə Atatürkün də bizim universitetin məzunu olduğunu dedi. Bunu eşidən tələbələrin bəzilərinin gözləri gülsə də, bəzilərinin ağzı "əyildi". Mənə çox maraqlıydı bu baş verənlər. Mən deyəsən tamam fərqli bir mühitə düşmüşdüm. Buranın insanları eyni fikirə 180 dərəcə əks münasibət bildirirdilər. Eyni yerə baxıb fərqli şeylər görürdülər. Salama münasibətdən tutmuş müəllimənin hər sözünə verilən reaksiyalar çox fərqliydi. Dərs qutaranda beynimdə həcminə yerləşməyəcək qədər sual vardı. Dərs keçilən binadan çıxıb qaldığım tələbə yataqxanasına doğru getməyə başladım.

Türkiyədə universitetlərin ərazisi çox böyük olur. Buna kampüs deyirlər, yəni tələbə şəhərciyi. Bu şəhərcikdə dərs keçilən fərqli korpuslar, böyük yeməkxana, tələbə yataqxanaları, supermarket, kafelər, kompyuter salonları, idman kompleksi və s. olur. Türkiyədəki tələbə yataqxanalarında isə ancaq tələbələr qalır. İçindəki səliqə-səhmana isə söz ola bilməz. Otaqda məndən başqa bir azərbaycanlı və iki türk qalırdı. Bizim ilk ilimiz idi amma türklər çoxdanın tələbələri idi. Ümumiyyətlə eyni otaqda yatan insanların bir-birinə qarşı münasibəti isti olar. Amma mən o yataqxanada qaldığım 3 ay ərzində o iki türkdən heç istilik görmədim. Azərbaycanlı isə mənim hələ məktəb illərindən çox yaxın dostum idi.

Yatmamışdan qabaq bu gün yaşadığım qəribə hadisələri dostumla bölüşdüm. Onun da dedikləri tamamilə eyni şeylər idi. Mən bu qəribəliklərin təkcə bizim qrupda olmadığından əmin olmuşdum. Hər qəribə hadisənin sehrini itirdiyi bir vaxt olur və o qəribəlik ortadan qalxır. Mən inanırdım beynimdəki sualların cavabını bir gün tapacam, öyrənəcəm.

Türkiyə Azərbaycanla qardaş ölkədi. H. Əliyevin də dediyi kimi, "Biz bir millət, iki dövlətik". Qardaş qardaşından bu qədər fərqli olar? Eyni olmaya bilər amma bu cür fərqliliyi mən şəxsən gözləmirdim. Bu mənim Ankaradakı ilk günümün təəssüratları idi. Növbəti yazılarımda siz beynimdəki bütün sualların cavabını tapa biləcəksiniz. Eləcə də salamdan sonra məni bürüyən mənfi aura və Atatürkə fərqli münasibətlər. Çantamda oxunmağı gözləyən broşura isə tamam yaddan çıxmışdı bu qədər hadisədən sonra. Gələn yazılarda onun da nə olduğunu biləcəksiniz. Eyni bildiyimiz Türkiyənin fərqli tərəflərini sizinlə bölüşməyə çalışacam. Ardı var...

Категория: H.O.S.T | Добавил: AiD
Просмотров: 727 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Xeber Bloku

Video [2]
ShekiL [0]
XeberleR [5]
Eurovision 2009 [1]
mp3 [18]
H.O.S.T [17]

Sayta Daxil Ol

Mini Chat

200

Gunun Suali?

Choose
Всего ответов: 224

Reklam

kamil-mehdiyev@mail.ru

Sinifden XariC..

Avropa
*** Albaniya - (Tirana)
*** Almaniya - (Berlin)
*** Andorra - (Andorra la Vella)
*** Avstriya - (Vyana)
*** Belarusiya - (Minsk)
*** Belçika - (Brüsell)
*** Böyük Britaniya - (London) b>
*** Danimarka - (Kopenhagen)
*** Portuqaliya - (Lissabon)
*** Sloveniya - (Lyublyana)
*** Lüksemburq - (Lüksemburq)
*** İspaniya - (Madrid)
*** Monako - (Monte-Karloda)
*** Rusiya - (Moskva)
*** Norveç - (Oslo)
*** Fransa - (Paris)
*** Çexiya - (Praqa)
*** İslandiya - (Reykyavik)
*** Latviya - (Riqa)
*** İtaliya - (Roma)
*** San Marino - (San Marino)
*** Bosniya ve Herseqovina - (Sarayevo)
*** Makedoniya - (Skopye)
*** Bolqarıstan - (Sofiya)
*** İsveç - (Stokholm)
*** Estoniya - (Tallinn)
*** Finlandiya - (Helsinki)
*** Hollandiya - (Amsterdam)
*** Yunanıstan - (Afina)
*** Serbiya ve Çernoqoriya - (Belqrad)
*** İsveçre - (Bern)
*** Slovakiya - (Bratislava)
*** Macarıstan - (Budapeşt)
*** Rumıniya - (Buxarest)
*** Lixtenşteyn - (Vaduz)
*** Malta - (Valetteis)
*** Polşa - (Varşava)
***     Vatikan - (Vatikan)
*** Litva - (Vilnus)
*** İrlandiya - (Dublin)
*** Xorvatiya - (Zaqreb)
*** Ukrayna - (Kiyev)
*** Moldova - (Kişinyov)

Image by